...

Bakıdakı binanın uçması faktı ilə bağlı bir nəfər həbs olunub

Siyasət Materials 8 Avqust 2007 16:47 (UTC +04:00)

Azərbaycan,Bakı/ " , müxbir K. Zərbalıyeva/ Bakının Nərimanov rayonu ərazisində insan təlafatı ilə nəticələnən binanın uçması ilə bağlı bir nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Baş Prokurorluqdan Trend ə bildirilib ki,Yusif Quliyev Cinayət Məcəlləsinin 162.2-ci (ehtiyatsızlıqdan insan ölümü ilə nəticələnən texniki təhlükəsizlik və əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməməsi) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Nərimanov Rayon Məhkəməsi tərəfindən həbs qəti mkan tədbiri seçilib.

Avqustun 1-də saat 18.30 radələrində Bakının Nərimanov rayonu ərazisində, Əhməd Rəcəbli küçəsində inşa edilən "Ofis və ticarət" binasının 3-cü mərtəbəsinin tavanının çökməsi nəticəsində tikintidə işləyən Eldar Əliyev ölüb, digər fəhlələr Amil Muradov, Şəfa Alıyev və Əli Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Həmin faktla əlaqədar Nərimanov rayon prokurorluğu Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət işinə başlanıb. İstintaqla müəyyən edilib ki, aprelin 10-da fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Teymur Şabayev və ixtisasca tikinti mühəndisi olan Yusif Quliyev həmin binanın tikintisinin aparılmasına dair podrat müqaviləsi bağlayıblar. Müqavilənin şərtlərinə əsasən, Quliyev inşa olunacaq "Ofis və ticarət" binasının tikintisini həyata keçirməyi, işçi qüvvəsi və mütəxəssislər cəlb etməyi, onlara zəruri təlimatlar verməyi və inşaat təhlükəsizliyi qaydalarını izah etməyi, həmçinin texniki təhlükəsizlik tədbirlərinin görülməsini öz üzərinə götürüb. Lakin, texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Yusif Quliyev tərəfindən bu qaydalara ciddi riayət edilməsinə lazımi tələbkarlıq göstərilməyərək, əsasən günəmuzd olaraq inşaat işlərinə cəlb edilmiş fəhlələrə işə qəbul zamanı texniki təhlükəsizlik qaydaları izah edilməyib, o cümlədən bu məsələlərə dair təlimatlar keçirilməyərək qeydiyyat jurnalı tərtib olunmayıb və müvafiq qeydiyyat aparılmayıb. Nəticədə avqustun 1-də binanın 3-cü mərtəbəsinin tavanında betontökmə işləri aparılarkən, taxta qəlib sütunların əyilərək sınması bu mərtəbədə beton və digər tikinti materiallarının alt mərtəbələrə tökülməsi, beləliklə, texniki təhlükəsizlik və əməyin mühafizəsinin başqa qaydalarının pozulması insan ölümünə və bir neçə şəxsin xəsarət almasına səbəb olan ağır hadisə ilə nəticələnib .

Xəbər lenti

Xəbər lenti