...

Müxalifət blokunun sədri qəzeti məhkəməyə verir

Siyasət Materials 10 Avqust 2007 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ "Bizim Azərbaycan" blokunun sədri Vüqar Bəyturan "Səs" qəzetində onun şəxsi nüfuzuna və təmsil etdiyi blokun adına xələl gətirən "İsa Qəmbərov "Bizim Azərbaycan" blokuna iddialarından əl çəkmir" başlıqlı məqaləyə görə sözügedən qəzeti məhkəməyə verəcəyini bildirib. Bu barədə cümə günü Bəyturan məlumat verilib.

Həmin məqalədə Bəyturanın və "Bizim Azərbaycan" blokunun maddi dəstək qarşılığında "Azərbaycan Yolu" Siyasi Hərəkatına dəstək verdiyi vurğulanır, konkret rəqəmlər göstərilir: "Bundan başqa guya mənim mətbuat konfransı keçirərək İlqar Qasımovu satqınlıqda, xəyanətdə suçlamağımı ictimai fikirə təqdim edərək olmayan hadisəni təsvir ediblər. Məqalədə "Bizim Azərbaycan" blokunun sədrliyinə digər namizəd, Azad Azərbaycan Partiyasının sədri Həsən Həsənovun adından onun söyləmədiyi fikirlər yer alıb", - deyə blok sədri bildirilib.

Bəyturan "Səs" qəzetindən təkzib tələb edir.

"Biim Azərbaycan" bloku 2003-cü il prezident seçkiləri dövründə Müsavat Partiyasının başqanı İsa Qəmbərin prezidentliyə namizədliyini dəstəkləmək üçün yaradılmışdır. Sonradan Müsavat Partiyası blokdan uzaqlaşıb. Hazırda blokda 8 partiya təmsil olunur.

Xəbər lenti

Xəbər lenti