...

Azərbaycan XİN-in rəhbəri Hindistana rəsmi səfər edəcək

Siyasət Materials 14 Avqust 2007 18:16 (UTC +04:00)
Azərbaycan XİN-in rəhbəri Hindistana rəsmi səfər edəcək

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Hindistana ilin sonuna kimi həyata keçirilməsi nəzərdə tutulan səfəri zamanı gələcək əməkdaşlığın siyasi, iqtisadi və humanitar aspektləri müzakirə olunacaq. Çərşənbə axşamı Azərbaycanın Hindistandakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayevin telefonla Dehlidən verdiyi məlumata görə, bu Azərbaycan XİN-in rəbərinin bu ölkəyə ilk rəsmi səfəri olacaq.

"Xarici işlər nazirinin səfərindən sonra bizim işimizin gələcək mərhələsinin məqsədi Azərbaycan prezidenti İlham Əliyevin Hindistana rəsmi səfərinin hazırlanması olacaq" - deyə səfir məlumat verib.

Diplomatın sözlərinə görə, Azərbaycan parlamentinin sədri Oqtay Əsdovun da bu il Hindistana səfər edəcəyi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti