...

Qazaxıstan səfirliyinin seçki məntəqəsində seçicilərin fəallığı müşaiyət olunur

Siyasət Materials 18 Avqust 2007 14:01 (UTC +04:00)

Azərbaycan, Bakı / müxbir Trend S.Ağayeva/ Qazaxıstanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə səfirliyində qeydiyyatdan keçmiş seçicilərin şənbə günü Qazaxıstanda keçirilən parlament seçkilərində böyük fəallığı müşahidə olunur.

Diplomatik nümayəndəlikdən bildiriblər ki, Bakı vaxtı ilə 12.00-a qaydalara müvafiq olaraq yaradılmış seçki məntəqəsində seçicilərin böyük əksəriyyəti səs verib. Qazaxıstanın Azərbaycandakı Konsulluğunda 50 seçici qeydiyyatdan keçib. Səsvermə 19.00-qədər davam edəcək.

Parlament seçkiləri, iyunda əvvəlki çağırış deputatlarının könüllü şəkidə öz səlahiyyətlərini dayandırdıqdan sonra təyin edilib. Məqsəd əvvəllər konstitusiyaya edilən dəyişikliklərin qüvvəyə minməsi üçün şəraitin yaradılması idi.

Palatanın yeni heyəti baş nazırın və hökum nümayəndələrinin əksəriyyətinin təyin edilməsinə razılıq vermək imkanına malik olacaq. Konstitusiyaya edilən müvafiq dəyişikliyə görə, Məclisin 9 deputatı Qazaxıstan xalq Assambleyası tərəfindən seçiləcək. Bu seçkilər avqustun 20-də baş tutucaq.

Parlament seçkilərində Ümummilli sosial-demokratlar partiyası, "Nur Otan" ("Vətən İşığı"), Xalq Demokratlar Partiyası, Qazaxıstan Vətənpərvərlər Partiyası, "Auıl" Qazaxstan sosial-demokrat partiyası, "Ak jol" Demokrat partiyası ( "İşıqlı yol"), "Ruhaniyyət" Partiyası ("İdrak") və Qazax Kommunist Xalq Partiyaları iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti