...

Mahmud Əhmədinejat sabah Bakıya gəlir

Siyasət Materials 20 Avqust 2007 14:00 (UTC +04:00)
Mahmud Əhmədinejat sabah Bakıya gəlir

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Sabah İran prezidenti Mahmud Əhmədinejatın Azərbaycana rəsmi səfəri başlayır. Bu barədə bazar ertəsi İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Məcid Feyzullahi məlumat verib .

Hazırda İranın hökuməti və XİN-in yüksək çinli nümayəndələrindən ibarət heyət Bakıdadır və burada prezident Əhmədinejatın səfər proqramı və danışıqlar gündəliyi ilə bağlı müzakirələr aparırlar.

Feyzullahinin bir müddət öncə Trend ə verdiyi məlumata görə, səfər zamanı Azərbaycan və İran hökumətləri energetika və nəqliyyat sahəsində əməkdaşlığa dair yeni sazişlər imzalayacaqlar.

Bu vaxtadək İranla Azərbaycan arasında kifayət qədər sənəd imzalanıb. Bu sənədlər bütün sahələri, o cümlədən iqtisadi-ticarət, gömrük, kənd təsərrüfatı, elm, təhsil, səhiyyə, hərbi əməkdaşlıq və s. əhatə edir. "Nəzərdə tutulan səfər zamanı iki ölkə arasında yalnız bir neçə sənəd imzalanacaq" - deyə diplomat vurğulayıb.

Xəbər lenti

Xəbər lenti