...

İran prezidentinin Azərbaycana səfərinə hazırlıq işləri başa çatdırılıb (video)

Siyasət Materials 20 Avqust 2007 16:50 (UTC +04:00)
İran prezidentinin Azərbaycana səfərinə hazırlıq işləri başa çatdırılıb (video)

Azərbaycan, Bakı/ Trend İ.Əlizadə/ İran prezidenti Mahmud Əhmədinejad sabah Azərbaycana başlayacaq rəsmi səfəri çərçivəsində öz azərbaycanlı hamkarı ilə keçirəcəyi görüş zamanı iki ölkə arasında olan əlaqələrin siyasi, iqtisadi və humanitar aspektlərini müzakirə edəcək. Bu barədə bazar ertəsi jurnalistlərə İranın Azərbaycandakı səfiri Naser Həmidi Zare bildirib.

Səfər çərçivəsində imzalanması planlaşdırılan sənədlərin bir hissəsi artıq hazırdı. Bunların sırasında energetika və nəqliyyat sahəsində yeni müqavilələr var. Həmçinin İran tərəfi viza rejiminin sadələşdirilməsi, yaxud iki ölkə arasında onun ümumiyyətlə ləğv olunmasının tərəfdarıdır. Bu cür təkliflə bir neçə il bundan öncə İran tərəfi çıxış edib. Xarici işlər nazirləri səviyyəsində keçirilən görüşlərdə bir neçə dəfə bu məsələ müzakirə olunsa da, Azərbaycan tərəfi hələ ki, cavab verməyə tələsmir. Bu məsələ barəsində dövlət başçıları arasında razılığa gəlinəcəyi gözlənilir.

Hazırda İran hökumətinin və XİN-in yüksək səlahiyyətli nümayəndə heyəti Bakıdadır və İran prezidentinin səfər proqramı və keçiricəyi görüşlərin gündəliyini razılaşdırılır.

Xəbər lenti

Xəbər lenti