...

Azərbaycanlı politoloq hesab edir ki, Azərbaycan nüvə proqramı məsələsi üzrə İranı dəstəkləyə bilər

Siyasət Materials 21 Avqust 2007 15:41 (UTC +04:00)
Azərbaycanlı politoloq hesab edir ki, Azərbaycan nüvə proqramı məsələsi üzrə İranı dəstəkləyə bilər

Azərbaycan, Bakı/ Trend İ.Əlizadə/ Azərbaycanlı müstəqil politoloq Rasim Musabəyov hesab edir ki, BMT Baş Assambleyasında nüvə proqramı məsələsinə baxılarkən Azərbaycan İranı dəstəkləyə bilər.

Daha öncə çərşənbə axşamı Tehrandan iranlı politoloq Hüseyn Lacəvərdi telefonla bildirmişdi ki, İran prezidenti Mahmud Əhmədinejad Azərbaycan rəhbərliyi ilə qarşıdakı danışıqlarda BMT BA-nın 62-ci sessiyasında İranın nüvə proqramı ilə bağlı aparılacaq müzakirələrdə ölkə rəhbərliyinin dəstəyini almaq niyyətindədir.

BMT-nin qarşıdakı sessiyasında İrana qarşı BMT Baş Assembleyası tərəfindən əvvəl qəbul olunanlara nisbətən daha sərt qətnamə qəbul olunacağı gözlənilir. Prezident Əhmədinejad İrana qonşu və dost ölkələrə səfər etməklə onların dəstəyini almağı planlaşdırır.

Musabəyovun fikrincə, qətnamə İrana qarşı həddindən çox sərt olmazsa Azərbaycan onun qəbul olunmasına səs verə bilər. Azərbaycan artıq dəfələrlə İranın dinc məqsədlərlə nüvə proqramı hüququnun tanınmasını bəyan edib.

Politoloqun sözlərinə görə, İran həmçinin səfər zamanı Azərbaycandan Qərb və İsraillə qarşılıqlı faydalı münasibətlərindən imtina barədə təminat almağa ümid edir. "Azərbaycan balansa riayət etməli olacaq",-deyə o hesab edir.

Xəbər lenti

Xəbər lenti