...

Azərbaycan prezidenti Hacıqabul rayon ictimaiyyəti ilə görüşüb

Siyasət Materials 23 Avqust 2007 15:13 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Ağayeva/ Cümə axşamı günorta saatlarında Azərbaycan prezidenti İlham Əliyevin Hacıqabul rayonuna səfəri başlayıb. Hacıqabul rayonu Bakıdan 113 km. məsafədə yerləşir. Rayonun əhalisi 63 min nəfər təşkil edir.

Prezident rayonda Uşaq Tibb Mərkəzinin təməlqoyma mərasimində iştirak edib. Rayonun 63 minlik əhalisinin təqribən 23 mini uşaqlardır.

Layihəyə əsasən, bu regionda analoqu olmayan, müasir avadanlıqla təmin olunmuş tibb mərkəzi yaradılacaq. Mərkəzin bir il ərzində tikilməsi planlaşdırılır.

Əliyevin regiona səfəri cümə axşamı səhər başlayıb. Öncə Neftçala rayonunda olan prezident rayonun bir sıra sosial obyektlərinə baş çəkib. Hacıqabul rayonundan sonra prezidentin Ələtə səfəri planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti