...

Türkiyə parlamenti yenə də prezidenti seçə bilmədi

Siyasət Materials 24 Avqust 2007 19:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / Türkiyə Böyük Millət Məclisində prezident seçkisinin ikinci turunun nəticələri açıqlanıb. Türkiyə mətbuatının verdiyi məlumata görə, birinci turda 341 səs almış Ədalət və İnkişaf Partiyasının namizədi, xarici işlər naziri vəzifəsini icra edən Abdulla Gül ikinci turda 4 səs itirib. Onun lehinə deputatların 337-si səs verib.

Ötən tur 70 səs toplamış Milliyətçi Hərəkakt Partiyasının namizədi Səbahəddin Çakmakoğlu bu dəfə 71 səs qazanıb.

Demokratik Sol Partiyasının namizədi Hüseyn Tayfun İçlinin lehinə səs verənlərin sayı ötən dəfəki ilə müqayisədə bir səs artıb. Birinci turda 13 səs toplayan İçli bu dəfə 14 səs alıb.

Səsvermədə iştirak edən deputatların 24-ü bütün namizədlrin əleyhinə səs verib.

Prezident seçkilərinin üçüncü turunun avqustun 28-də keçirilməsi nəzərdə tutulub. Üçüncü turda 276 səs toplayan namizəd Türkiyənin 11-ci prezidenti seçiləcək.

Birinci turda Abdulla Gül (AKP) 341, Səbahəddin Çakmakoğlu (MHP) 70, Hüseyn İçli (DSP) 13 səs almış, 23 deputat heç kimə səs verməmiş, 1 bülleten etibarsız sayılmışdı.

Xəbər lenti

Xəbər lenti