...

Prezident Əliyev koreyalı nazir müavinini qəbul etdi

Siyasət Materials 27 Avqust 2007 20:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Hazırda Azərbaycan ilə Cənubi Koreya arasında əməkdaşlığın çox fəal mərhələsinin başlandığını prezident İlham Əliyev bazar ertəsi bu ölkənin kommersiya, sənaye və energetika nazirinin müavini Jae Hun Liinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirmişdir.

Azərbaycan prezidenti siyasət, iqtisadiyyat, energetika və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı marağın olduğunu və iki ölkə arasında əməkdaşlığın getdikcə daha geniş sahələri əhatə etdiyini vurğuladı. O, Cənubi Koreya nümayəndə heyətinin Azərbaycana bu səfərinin ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən iqtisadiyyat sahəsində əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əmin olduğunu bildirdi.

Koreyalı nazir müavini qeyd etdi ki, Cənubi Koreya höküməti öz ölkəsi ilə Azərbaycan arasındakı səmərəli əməkdaşlığın daha geniş sahələri əhatə etməsini arzulayır.

Xəbər lenti

Xəbər lenti