Azərbaycan, Bakı / Trend /Azərbaycan Respublikasının 2007-ci il düvlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Neftçala və Hacıqabul Rayonları İcra Hakimiyyətlərinin hər birinə 1 milyon manat məbləğində vəsait ayrılacaq.
Prezident İlham Əliyevin çərşənbə günü imzaladığı sərəncamlar Azərbaycanın bu iki qərb bölgəsinin sosial-iqtisadi inkişafının sürətləndirilməsini nəzərdə tutur. Sənədə əsasən Maliyyə Nazirliyinə nəzərdə tutulan vəsaitin ödənilməsi tapşırılır. Həmçinin Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.
"Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə birlikdə Neftçala rayonunun təbii qazla təchiz edilməsinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görüməsi tapşırılır" - Sərəncamda belə deyilir.