...

Baş prokuror: Bakıda 16 mərtəbəli binanın uçması ilə əlaqədar yüksək vəzifəli şəxslər saxlanıla bilər (video)

Siyasət Materials 30 Avqust 2007 19:09 (UTC +04:00)
Baş prokuror: Bakıda 16 mərtəbəli binanın uçması ilə əlaqədar yüksək vəzifəli şəxslər saxlanıla bilər (video)

Azərbaycan, Bakı / Trend / E.Hüseynli/ Cümə axşamı Azərbaycanın Baş Prokuroru Zakir Qaralov jurnalistlərə bəyan edib ki, Bakıda 16 mərtəbəli bianın uçması ilə əlaqədar yüksək vəzifəli şəxslər saxlana bilər.

"Araşdırmalar zamanı tikintiyə qanunsuz icazə verən yüksək vəzifəli şəxslər tutula bilər" - deyə baş prokuror bildirib.

Avqustun 28-də çərşənbə axşamı Bakıda Naxçıvani və Muxtarov küçələrinin kəsişməsində yerləşən 16 mərtəbəli bina uçub. İlkin məlumatlara əsasən binanın uçmasının səbəbləri tikinti zamanı təhlükəsizlik qaydalarının kobud pozulması olub. Son rəsmi məlumatlara görə, qalıqlar altından çıxarılan həlak olmuş insanların sayı 13-ə çatıb.

Fakt üzrə 4 nəfər saxlanıb, "Mütəfəkkir" tikinti şirkətinin rəhbəri Əli Muradov və şirkətin üç əməkdaşı.

Baş prokurorun sözlərinə görə, tikinti materiallarının eksprertizası zamanı onların keyfiyyətinin aşağı olması, işçilərlə əmək müqaviləsinin bağlanmaması və əməkhaqqının gündəlik verilməsi müəyyən olunub.

.

Xəbər lenti

Xəbər lenti