...

İranlı hüquq müdafiəçisi: " İranda edam olunanların bir çoxu siyasi fəallardır".

Siyasət Materials 6 Sentyabr 2007 16:20 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir D.Xatınoğlu/ Beynəlxalq hüquq müdafiəçilərinin fikrincə, İranda ayrı-ayrı maddələrlə edam olunanların bir çoxu siyasi fəallardır." Dünən İranda edam olunan 21 nəfərin çoxu siyasi fəallardır- deyə, Almaniyada fəaliyyət göstərən iranlı hüquq müdafiəçisi və Dünyada Edam Əleyhinə Kampaniyanın sədri Mina Əhədi bildirib.

Çərşənbə günü İranın Xorasan və Şiraz şəhərləridə, öncədən xəbərdarlıq etmədən 21 nəfər məhkum edam olunub. Rəsmi məlumata əsasən, edam olunanlar dələduzluq və "yer üzündə fəsad törətmək" maddələri ilə məhkum olunmuşdular. Almanyada yayımlanan "Frankforter Alegmayne" qazetinin məlumatına əsasən , keçən iki ildə İranda ən azı 450 nəfər asılıb.

Mina Əhədi cümə axşamı Frankfurtdan telefonla Trend -ə bildirib: "İranda hakimiyyət dələduzluq və "yer üzündə fəsad törətmək" ittihamı ilə keçən aylar ərzində çoxlarını edam edib. 1988-ci ilin yay aylarında minlərlə insan eyni ittihamlarla İranda dara çəkilib və bizim fikrimizcə , hazırda icra olunan edamlar 88-ci ildəki kimi , siyasi edamlardır və hakimiyyətin bu edamlardan məqsədi İran cəmiyyətində qorxu yaratmaqdır".

İranlı hüquq müdafiəçisi bildirib ki, edam olunanların hancı cinayətdə ittiham olunması, hansı məhkəmələrdə, şəraitdə və hansı vəkil ,müdafiəçi ilə məhkum olduqları məlum deyil. "İran hakimiyyəti İranda üsyan edənləri meydanlarda hamının gözü qabağında dara çəkir. Bunun səbəbi isə, cəmiyyətdə qorxu yaratmaqdır. İranda edamlara qarşı dünyada çoxlu etirazlara şahidik. Keçən həftə İranın həbsxanasından edama məhkum şəxslər beynəlxalq insan haqları müdafiəçilərinə, onların edamlarının icrasının qabağını almaq üçün məktub yazıblar",- deyə Mina Əhədi bildirib. O əlavə edib ki, sentyabrın 7-də dünyanın 12 şəhərində etiraz aksiyaları keçiriləcək.

İranlı hüquq müdafiəçisi bildirib ki, Frankfurtda bu munasibətlə bu gün Beynəlxalq İnsan Haqları Müdafiə Komitəsi ilə biz birgə mətbuat konfransı keçirdik. "Biz bu mətbuat konfransında İrandan da Mohəmməd Mostəfayi adlı bir vəkil dəvət etmişdik. Təəssüf ki, gələ bilməyib. Biz çalışırıq Qərb hökümətlərindən İranda edamların qabağını almaq üçün yardım alaq. Dünən İsveçin Xarici İşlər naziri ilə görüşmüşük və bu barədə söhbət etmişik. Bir çox ölkələr bizimlə bərabər bu etirazlara qoşulublar" -deyə, Mina Əhədi bildirb.

Xəbər lenti

Xəbər lenti