Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ "Azadlıq" siyasi blokunun liderləri - Əli Kərimli, Lalə Şövkət və Əli Əliyev cümə axşamı Böyük Britaniyanın Azərbaycandakı səfiri Karolin Braunla (Carolyn Browne) görüşüblər. Bu barədə cümə axşamı Trend ə blokun həmsədri Əli Əliyev məlumat verib.
Onun sözlərinə görə, görüş, əsasən , tanışlıq xarakteri daşıyıb və Azərbaycandakı ictimai, siyasi, iqtisadi vəziyyət müzakirə olunub: "Təcrübəli diplomat olan xanım Braun Azərbaycandakı vəziyyətə dair kifayət qədər məlumatlıdır. Biz də ölkədəki siyasi durumla bağlı blokun mövqeyini onun diqqətinə çatdıqdıq"-deyə Əliyev bildirib.
"Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.