...

Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində dəyişikliklər edildi

Cəmiyyət Materials 12 Sentyabr 2007 18:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr / "TrendLife" , müxbir Eldar Hüsenzadə/ Yayda konsertlərin az olduğu bir vaxtda Azərbaycan Dövlət Filarmoniyasında gələcək mövsüm üçün işlər aparılıb. Bu haqda "TrendLife"a filarmoniyanın direktoru Murad Adıgözəlzadə xəbər verib. "Yayda Mədəniyyət və Turizm Nazirliyinin sayəsində filarmoniyanın səhnəsində təmir işləri aparılıb. Əvvəllər bizim bir royalımız var idi və onu heç cür səhnədən çıxarmaq mümkün deyildi. İndi isə artıq iki royalımız var və hər ikisini səhnə arxasına aparmaq olur. Ümumiyyətlə, səhnədə iki royal olması dünya standartlarına uyğundur. Bu günə qədər filarmoniyanın səhnəsində heç vaxt ikidən artıq royal olmayıb".

Xəbər lenti

Xəbər lenti