...

Azərbaycan yığması dünya çempionatında on dördüncü yer tutub

Cəmiyyət Materials 17 Sentyabr 2007 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir Z.Səfərov/ Azərbaycanın cüdo üzrə yığması Braziliyada başa çatan dünya çempionatında ümumi komanda hesabında on dördüncü yeri tutub. Elnur Məmmədlinin (73 kq) qazandığı gümüş medal və Elxan Məmmədovun (90 kq) yeddinci yer tutması sayəsində, komanda hesabında 15 güclü heyət sırasında yer alıb. Cüdoçularımız İspaniya, Yunanıstan, Portuqaliya, ABŞ, Macarıstan, İtaliya, Almaniya, Ermənistan, Argentina və bir çox digər ölkələri geridə qoyublar.

Çempionatın qalibi isə, üç qızıl, iki gümüş, dörd bürünc medal qazanan Yaponiya olub. Sonrakı yerləri isə, Braziliya və Fransa tutub.

Xəbər lenti

Xəbər lenti