Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın sərbəst güləşçisi Çamsulvara Çamsulvarayev ( 74 kq) Bakıda keçirilən dünya çempionatının bürünc medalı uğrunda mübarizə aparmaq şansı əldə edib.
Rusiyalı Maxaç Murtazaliyevə məğlub olmasına baxmayaraq, xalça sahibinin rəqibi finala qədər irəliləməyə nail olub və indi Çamsulvara təsəlliverici döyüşdə bürünc medal uğrunda mübarizə apara bilər. Bununla yanaşı, digər pəhləvanlarımız Ramazan Əbdülrəhmanov ( 66 kq) və Novruz Təmrazovun ( 84 kq) bürünc medal uğrunda mübarizə aparmaq şansları heçə enib.
Çamsulvarayev nəinki bürünc medal, həmçinin Pekində keçiriləcək Olimpiadaya vəsiqə uğrunda da yarışa bilər.