...

Trend" İnformasiya Agentliyinin əməkdaşı Avropa Şurasının sertifikatı ilə təltif olunub

Cəmiyyət Materials 21 Sentyabr 2007 20:13 (UTC +04:00)
Trend" İnformasiya Agentliyinin əməkdaşı Avropa Şurasının sertifikatı ilə təltif olunub

Trend İnformasiya Agentliyinin direktor müavini Aygün İsmayılova Avropa Şurasının sertifikatı ilə təltif olunub. Avropa Şurasının baş katibi Terri Devisin təsdiqlədiyi sertifikatlar, Bakı Siyasi Biliklər Məktəbinin ilk məzunları olan 35 azərbaycanlıya təqdim olunub.

Bakı Siyasi Biliklər Məktəbi 2006-cı ildə Avropa Şurası yanında təşkil edilib. Məktəbin ilk məzunları ictimai həyatın müxtəlif sahələrini təmsil ediblər. Onların sırasında dövlət orqanlarının məsul şəxsləri, özəl sektorun, vətəndaş cəmiyyətinin, yerli özünüidarə orqanlarının nümayəndələri və jurnalistlər var.

Məktəbin dinləyiciləri üçün Quba Olimpiya Kompleksində fevral, mart və may aylarında Avropa dəyərlərinin müzakirəsinə, Azərbaycanla Avropa strukturları arasında münasibətlərə, Azərbaycanda siyasi demokratik mədəniyyətin formalaşdırılmasına, vətəndaş cəmiyyətinin inkişafı və digər məsələlərə həsr olunmuş bir neçə seminar keçirilib.

Seminarlarda Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvləri, ombudsman, xarici işlər nazirliyinin nümayəndələri, tanınmış ictimai-siyasi xadimlər, Avropa ölkələrinin Azərbaycandakı bəzi diplomatik missiyalarının rəhbərləri və yerli beynəlxalq təşkilatların nümayəndələri çıxış ediblər.

İyul ayında isə, Məktəbin dinləyiciləri Mərkəzi və Şərqi Avropa, eləcə də MDB ölkələrindən olan analoji məktəblərin dinləyiciləri ilə birlikdə,Strasburqda keçirilən yay demokratiya universitetinin konfransına qatılıblar.

Xəbər lenti

Xəbər lenti