...

"Trend" İA-nın "Xalq jurnalisti" müsabiqəsinin 4-cü qalibi müəyyən olunub (video)

Cəmiyyət Materials 24 Sentyabr 2007 11:56 (UTC +04:00)
"Trend" İA-nın "Xalq jurnalisti" müsabiqəsinin 4-cü qalibi müəyyən olunub (video)

Azərbaycan, Bakı / Trend / Trend İnformasiya Agentliyi "Xalq jurnalisti" müsabiqəsinin 4-cü qalibini müəyyən edib. Qalib Heydər Əliyev prospektində 5 maşının toqquşması nəticəsində baş verən qəzanın iri planda şəkillərini göndərən R.Məmmədov olub.

Birinci yer "Xalq jurnalisti" layihəsi çərçivəsində TREND NEWS şirkətinin veb-saytlarına daxil olanların sayına əsasən müəyyən edilib.

R.Məmmədova mükafat olaraq SonyEricsson K750i Mobil telefonu təqdim edilib.

Müsabiqə davam edir.

Əgər siz qeyri-adi və cəlbedici fövqəladə hadisənin şahidi olmusunuzsa və onun şəklini və ya videoçəkilişini reallaşdırmısınızsa, həmçinin bir çoxlarını maraqlandıracaq məlumata maliksinizsə, o zaman sizin "Xalq jurnalisti" müsabiqəsinin növbəti mərhələsinin qalibi olmaq şanslarınız var.

Sizin (+994 50) 440 44 34 nömrəsi və ya [email protected] ünvanına göndərəcəyiniz SMS-məlumat, eksklüziv foto və ya video görüntülərinizi gözləyirik,

Siz həmçinin materialı Əziz Əliyev küçəsi, 11 ünvanında yerləşən ("Azərbaycan" kinoteatrının yanı) Trend İA-nın ofisinə çatdıra bilərsiniz.

Xəbər lenti

Xəbər lenti