...

Fotoqrafçılar İttifaqının rəhbəri Rafiq Qəmbərov: "Yekaterina Rojdestvenskaya foto-incəsənətdə layiqli yerini tutdu"

Cəmiyyət Materials 24 Sentyabr 2007 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr /müx. "TrendLife" Eldar Hüseynzadə/ Sentyabrın 28-də Bakıda Səttar Bəhlulzadə adına sərgi salonunda Rusiyanın tanınmış fotoqrafçısı Yekaterina Rojdestvenskayanın işlərindən ibarət sərgi keçiriləcək. O, ixtisasca tərcüməçidir. MDBƏİ-nun məzunudur. Yeri gəlmişkən, o, Somerset Moyemi və Sidney Şeldonu tərcümə edib. 1999-cu ildən isə, "Karvan" jurnalında işləməyə başlayıb. Yazıçı Robert Rojdestvenskinin qızı Yekaterina artıq tanınmış fotoqrafçıdır. Görün, Fotoqrafçılar İttifaqının sədri Rafiq Qəmbərov onun haqqında nə söylədi: "Yekaterina foto-incəsənətdə elə bir yenilik etdi ki, ona qədər hələ heç kəs bunu etməmişdi. Bu, lap Mendeleyev cədvəlinə bənzəyir. Bir sözlə o da foto-incəsənətdə öz layiqli yerini tutdu. Mən 2004-cü ildə Soçidə onun xüsusi sərgisində olmuşam. Bundan başqa, onun işlərini "Karvan" jurnalında da izləmişəm".

Xəbər lenti

Xəbər lenti