...

"Neftçi"nin hücumçusu Azərbaycan çempionatının bombardirlər yarışında liderliyini davam etdirir

Cəmiyyət Materials 24 Sentyabr 2007 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ "Neftçi" futbol klubunun hücumçusu Branimir Subaşiç Azərbaycan çempionatının bombardirlər yarışında öz mövqeyni möhkəmləndirib.

Trend in verdiyi məlumata görə, serbiyalı hücumçunun aktivində 6 qol var. Stabil olaraq rəqib qapısını məyus edən hücumçu son turda yalnız "İnter"ə qarşı keçirdiyi oyunda fərqlənə bilməyib. Bununla yanaşı, liderin yaxın izləyiciləri "Simurq"dan olan Vladimir Məzyar, "Xəzər"in Fil Dişi Sahilindən olan oyunçusu Yakubu Bamba, və "Karvan"nın vuran ayağı Suleyman Kamara serbiyalıdan iki top geri qalır.

Adı çəkilən üç oyunçunun heç biri qol ehtiyatlarını artıra bilməyib. Bu arada, "Xəzər"in

fransuz oyunçusu Patris N'Tiamox "Gənclərbirliyi" ilə səfər matçında dubla imza atıb.

Xəbər lenti

Xəbər lenti