...

Türkiyənin İsraildəki səfiri Yaxın Şərq azərbaycanlılarının Konqresini dəstəkləmək niyyətindədir

Cəmiyyət Materials 25 Sentyabr 2007 16:55 (UTC +04:00)
Türkiyənin İsraildəki səfiri Yaxın Şərq azərbaycanlılarının Konqresini  dəstəkləmək niyyətindədir

İsrail, Qüds / Trend müxbir, R. Məmmədov/ Türkiyənin İsraildəki səfirliyi Təl-Əvivdə Yaxın Şərq azərbaycanlılarının Konqresinin fəaliyyətini dəstəkləmək niyyətindədir və təşkilatın perspekitv layihələrinə hər cür yardım göstərməyə hazırdır. Bu barədə Türkiyənin İsraildəki səfiri Namiq Tan Yaxın Şərq azərbaycanlılarının Təl-Əvivdəki konqresinin nümayəndələri ilə görüşdə bəyan edib.

İkitərəfli Azərbaycan-Türkiyə münasibətlərinə və iki ölkənin dil, mədəniyyət və mentalitetinin bir olması məsələsinə toxunaraq, səfir bəyan edib ki, bu əlaqələr " bir millət, iki dövlət" prinsipinə əsaslanır.

Konqresin prezidenti Aleks Şapiro-Suliman təşkilatın məqsəd və vəzifələri, gələcək layihələri barədə məlumat verib. "Azərbaycanlıların güclü və nüfuzlu Konqresi İsrail və Azərbaycan arasında əməkdaşlıq maraqlarını təmsil etmək və bu maraqları müdafiə etməyə qadir böyük təşkilat təəssüratı bağışlayır" ,- deyə o bildirib. Biz Türkiyə səfirliyini və sizi bizim təşkilatın dayağı hesab edirik" - deyə Şapiro Suliman türkiyəli səfirə müraciətində bildirib.

Türkiyəli diplomat qeyd edib ki, Azərbaycanlıların Yaxın Şərq Konqresinin timsalında Azərbaycan və Türkityənin bu regionda maraqlarını müdafiə edə biləcək türk dünyası lobbisinin əsl təmsilçilərini görürük. "Bugünkü görüş böyük yolun başlanğıcıdır"- ,deyə Tan bildirib.

Xəbər lenti

Xəbər lenti