...

Parlament Aparatının rəhbəri: "Ekstremist qüvvələr Azərbaycanda dini sahədə problemlərin olduğunu önə çıxırmağa çalışırlar"

Cəmiyyət Materials 28 Sentyabr 2007 19:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/Bəzi ekstrimist qüvvələr Azərbaycanda dini sahədə problemlərin olduğunu önə çıxırmağa çalışırlar. Əslində isə, bu sahədə heç bir problem yoxdur. Bu barədə cümə günü Bakıda keçirdiyi mətbuat konfransında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.

"Azərbaycan dünyəvi dövlətdir və öz qayda-qanunları var. İstər dindar, istərsə də digər insanlar bu qayda-qanunlara tabe olmalıdırlar", -deyə Mirzəyev əlavə edib.

Son günlər Azərbaycanda dinlə bağlı narahatlıq doğuran bir sıra proseslər baş verib. Hüquq-mühafizə orqanları Şəki və Qusarda vəhabilərə qarşı xüsusi əməliyyatlar keçiriblər. Şəkidə vəhabiliyi təbliğ etməkdə şübhəli bilinən şəxsin evindən "Kalaşnikov" silahı və qadağan olunmuş dini kitablar müsadirə olunub. Qusarda vəhabi olduğu güman edilən şəxsin həbsi üçün keçirilən əməliyyat rayon polis idərəsinin iki əməkdaşının yaralanması ilə nəticələnib.

Bakıda isə, Müəllimlər İnstitutunun hicablı tələbələri dərsə buruxılmayıb. Bütün bunlardan sonra Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev "Azərbaycan" qəzetində ölkədəki dini vəziyyətə dair geniş məqalə ilə çıxış edib.

Aparat rəhbəri bildirib ki, Azərbaycan dünyəvi dövlətdir və ölkədə müəyyən məhdudiyyətlər var: "Ölkədə dinə və dindarlara böyük hörmət var. Lakin bu, o demək deyil ki, bütün dini qayda-qanunları dövlət sturukturlarna daxil etməliyik". Onun fikrincə, "Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklik etməyə ehtiyac yoxdur.

"Bu qanun çox yaxşı hazırlanıb. Bəlkə də bu, Azərbaycanın yeganə qanunudur ki, Avropanın heç bir təşkilatı tərəfindən tənqid olunmur. Onlar hesab edirlər ki, bu məsələlər Azərbaycanda çox yaxşı qurulub", -deyə Mirzəyev əlavə edib.

Xəbər lenti

Xəbər lenti