...

Hərbi prokuror: "Orduda hərbi hissə komandanlığının əsgərlərə qarşı qanunsuz hərəkətləri intihara səbəb olur" (video)

Cəmiyyət Materials 1 Oktyabr 2007 13:18 (UTC +04:00)
Hərbi prokuror: "Orduda hərbi hissə komandanlığının əsgərlərə qarşı qanunsuz hərəkətləri intihara səbəb olur" (video)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Orduda intiharların səbəblərindən biri də hərbi hissə komandanlığının əsgərlərə qarşı qanunsuz hərəkətləridir. Bunu bazar ertəsi jurnalistlərə açıqlamasında respublika hərbi prokuroru Xanlar Vəliyev deyib. Hərbi prokuror son vaxtlar Silahlı Qüvvələrdə əsgərlər arasında intiharların və ölüm faktlarının bir neçə səbəbini açıqlayıb. Vəliyevin sözlərinə görə, əsgərlər arasında hansısa səbəblərdən yaranan narazılıqlar son nəticədə cinayətlə nəticələnir: "Hərbçilər cavan insanlardı. Cavanlar isə dəliqanlı olur, hərəkətlərinin nəticələrini əvvəlcədən ölçüb-biçmirlər. İntiharlara bəzən məişət məsələləri səbəb olur. İntihardan öncə əsgər məktub yazır və bildirir ki, istədiyi qızı ona vermədikləri üçün intihar edir".

Vəliyev orduda ölüm və intihar faktlarının artmadığını, əvvəlki illərlə eyni səviyyədə olduğunu, hər bir faktın araşdırıldığını və cavabdeh şəxslərin məsuliyyətə cəlb edildiyini vurgulayıb

Xəbər lenti

Xəbər lenti