...

Azərbaycan cüdoçusu Mövlud Mirəliyev zədə alıb

Cəmiyyət Materials 1 Oktyabr 2007 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Azərbaycan cüdoçusu Mövlud Mirəliyev ( 100 kq) dünya Superkubokundan dərhal sonra başlayacaq Rotterdamdakı təlim-məşq toplanışını buraxa bilər.

Bunun səbəbi yarış zamanı idmançının qabırğasından zədə almasıdır. Zədə ucbatından cüdoçu təsəlliverici döyüşlərdə bürünc medal uğrunda mübarizədə iştirak edə bilməyib. Hazırda o, mümkün qədər zədəsini sağaltmağa çalışır. Oktyabrın 13-də Bakıda H.Əliyev adına İdman-Konsert Kompleksində start götürəcək dünya Kubokunu nəzərə alaraq, onun yarışa fərdi proqram üzrə hazırlaşması mümkündür.

Mövludun Avropa Cüdo İttifaqının (EJU) dərəcəyə dair lisenziya tabelində kifayət qədər yüksək reytinqə malik olduğunu nəzərə alsaq, onun Olimpiadaya düşmək üçün əla şansı var.

Xəbər lenti

Xəbər lenti