...

Gəncədə vəhabilərin sayı artıb

Cəmiyyət Materials 3 Oktyabr 2007 15:07 (UTC +04:00)

Azərbaycan, Gəncə/ Trend V.Məmmədov/ Gəncə şəhərində vəhabilərin sayında artım var, Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi üzrə şöbə müdiri Firdovsi Kərimov çərşənbə günü Trend ə bildirib. Onun sözlərinə görə, vəhabilərin toplaşdığı məscidlərdə müəyyən qədər artım hiss olunur. Kərimov vəhabilərin əsasən Şahsevənlər məhəlləsində olan məscidlərində toplaşdğını bildirib və deyib ki, qurum bu məsələni daim nəzarətdə saxlayır.

Gəncə şəhər Şah Abbas Məscidinin axundu Hacı İsgəndər Məmmədov isə bildirib ki, vəhabilər rayonlardan Gəncəyə gətirilir. Buna baxmayaraq, Məmmədov deyib ki, Gəncədə dini ziyarətgahlar çox olduğundan digər təriqətlərin şəhərdə inkişafını məhdudlaşdırır.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti