...

Otuz dörd ölkənin komandası Bakıdakı dünya kubokunda iştirakını artıq təsdiq edib

Cəmiyyət Materials 3 Oktyabr 2007 15:43 (UTC +04:00)

Hollandiya, Rotterdam / Trend müxbir Z.Səfərov/ 34 ölkənin komandası oktyabrın 13-də Bakıda start götürəcək dünya kubokunda iştirakını artıq təsdiq edib.

Cüdo üzrə Azərbaycan yığmasının baş məşqçisi Ağayar Axundzadənin Trend ə verdiyi məlumata görə, yarışda kifayət qədər nüfuzlu yığmalar iştirak edəcək. "Yarışda iştirakını hələ ki, bir neçə ölkə təsdiq etməyib. Onların sırasında Ukrayna, Gürcüstan və Belarusu göstərmək olar. Lakin bu ölkələrin idmançıları Bakıya mütləq gələcək. Çünki qarşıdan gələn çempionat bu il Pekin Olimpiadasına qatılmaq üçün hesab xalı toplamağa son şans olacaq" - deyə Axundzadə qeyd edib.

Start yunan-roma, sərbəst və qadın güləşi üzrə dünya çempionatının keçirildiyi H.Əliyev adına İdman-Konsert Kompleksində baş tutacaq.

Xəbər lenti

Xəbər lenti