...

Avropa Şurasında Rəsmi Sənədlərə Çatım Haqqında Konvensiyanın layihəsi hazırlanır

Cəmiyyət Materials 3 Oktyabr 2007 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Avropa Şurasında Rəsmi Sənədlərə Çatım Haqqında Konvensiyanın layihəsi hazırlanır.

Media Hüquq İnstitutundan çərşənbə günü Trend ə bildirilib ki, ölkədaxili qanunvericilik bilgi əldə etmək huququmuzu tanısa da, rəsmi sənədlərə catım zamanı hər birimiz problemlərlə qarşılaşırıq. Avropa Şurası üzv dövlətlərdəki belə çatışmazlıqları nəzərə alaraq bilgi əldə etmək imkanlarını genişləndirəcək sənəd hazırlayır.

AŞ-nin ekspert qrupu tərəfindən hazırlanan sənəd layihəsi üzərində iş yekunlaşmaq üzrədir. Oktyabrin 9-da Konvensiyanin son varianti qəbul ediləcək və təsdiqlənmək üçün AŞ-yə üzv dövlətlərə təqdim olunacaq.

Avropa Şurası bu sənədin qabaqcıl meyarlara uyqun olması naminə kampaniya keçirir. Kampaniyaya həm ayrı-ayrı şəxslər, həm də təşkilatlar qatıla bilərlər. Kampaniya oktyabrın 5-də yekunlaşacaq.

Xəbər lenti

Xəbər lenti