...

Güləş üzrə Azərbaycan yığmasının lideri hərbçilər arasında keçiriləcək Olivpiadada iştirak etməyəcək

Cəmiyyət Materials 4 Oktyabr 2007 18:25 (UTC +04:00)

Hollandiya, Rotterdam / Trend , Z.Səfərov/ Ötən ilin yekununa görə, Azərbaycanın ən yaxşı idmançısı, yunan-roma güləhçisi Rövşən Bayramov oktyabrın 14-də Heydərabadda (Hindistan) start götürəcək hərbçilər arasında Ümumdünya Olimpiadasında iştirak etməyəcək.

Trend in verdiyi məlumata görə, bu yaxınlarda Bakıdakı dünya çempionatında çıxış edən idmançının qrafikinin sıxlığına görə, məşqçi qərargahının kollektivi Rövşənə dincəlmək imkanı verib. Onsuz da "klassik", Bakıda nəinki medal qazana bilməyib, həmçinin, nəticədə 10-cu yeri tutaraq, lisenziya uğrunda mübarizədən də kənarda qalıb.

Eyni zamanda, idmançının gələn il keçiriləcək Avropa çempionatı və iki seçmə yarışında iştirak edərək, Pekinə vəsiqə qazanmaq şansı var.

Xəbər lenti

Xəbər lenti