...

Gələn il Azərbaycanda türkdilli dövlətlərin xəbər agentliklərinin toplantısı keçiriləcək

Cəmiyyət Materials 4 Oktyabr 2007 19:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Gələn ilin aprelində Azərbaycanda türkdilli dövlətlərin rəsmi xəbər agentliklərinin toplantısı keçiriləcək. Bu barədə Türkiyənin "Anadolu" xəbər agentliynin baş direktloru Hilmi Bengi Azərbaycanın qəzet redaktorları ilə görüşündə açıqlama verib. Görüş barədə cümə axşamı Trend ə "Üç nöqtə" qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızı məlumat verib.

Azərbaycanın "525-ci qəzet", "İki sahil", "Bizim yol", "Üç nöqtə" və "Xalq cəbhəsi" qəzetlərinin baş redaktorlarından ibarət nümayəndə heyəti ötən həftənin sonundan Türkiyədə səfərdədir. Redaktorlar Türkiyənin nazirləri, parlament nümayəndələri, KİV rəhbərləri ilə görüşlər keçiriblər.

"Anadolu" agentliyində keçirilən görüşdə Bengi bildirib ki, gələn il Azərbaycanda türkdilli dövlətlərin qurultayı keçiriləcək. Həmin qurultay çərçivəsində türkdilli dövlətldərin rəsmi xəbər agentliklərinin də toplantısı olacaq. Onun sözlərinə görə, həmin toplantıda türkdilli dövlətlərin ortaq veb-saytının yaradılması reallaşa bilər. Bu veb-saytın yaradılması barədə razılaşma agentliklərin ötən il keçirilmiş toplantısında əldə olunmuşdu.

Ortaq veb-sayt türkdilli dövlətlər barədə informasiyalar verilməsi, məlumat mübadiləsi aparılması və bu ölkələrin agentliklərinin əməkdaşlıq etməsi məqsədilə təsis olunacaq.

Xəbər lenti

Xəbər lenti