...

Azərbaycanlının çıxışı erməni aparıcını pərt qoyub

Cəmiyyət Materials 10 Oktyabr 2007 19:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr /müx. TrendLife Günel Əhmədova/

ORT tele-kanalının təqdim etdiyi "Minuta slavı" verilişinin sonuncu buraxılışı diqqətimizi maraqlı məqamları ilə çəkib. Əvvəla qeyd edək ki, tele-layihədə qeyri-adi istedada malik müxtəlif yaş həddində olan insanlar iştirak edirlər. TrendLife-ın məlumatına görə, sonuncu verilişdə Saratov şəhərində yaşayan iki həmyerlimiz iştirak edib və onların yarımfinala çıxmaq şansı var. Amma bu, erməni

tele-aparıcının ürəyincə olmayıb. Həmyerlimiz Mahir Mustafai özünü azərbaycanlı kimi təqdim edərək, oğlu ilə birlikdə maraqlı nömrə nümayiş etdiriblər. Onlar on milyonlarla tamaşaçı qarşısında nəlbəkilərdə çalmaqla məharətlərini nümayiş etdiriblər. Eyni zamanda, onların ifasında Azərbaycan musiqisi dinlənilib. Həmyerlilərimizin çıxışının yekununda münsiflər heyəti rəyini bildirib. "Şən və hazırcavablar klubu"nun prezidenti Alekasandr Maslyakov,şoumen Aleksandr Tsekalo və yazıçı Tatyana Tolstaya onları alqışlayaraq, ifalarını qiymətləndiriblər. Beləliklə, münsiflərdən ən çox səs toplayan məhz azərbaycanlı iştirakçılar olub. Lakin verilişin aparıcısı milliyətcə erməni olan Qarik Martirosyanı münsiflərin rəyi açmayıb. O, üzündəki ifadə ilə buna etirazını bildirməklə kifayətlənməyərək , mənfi fikir bildirməyə cəhd göstərib. Amma bu, onda alınmayıb.

Qeyd edək ki, Mahir Mustafainin yarmfinala çıxa bilcəyi tamaşaçıların, xüsusilə, Rusiyada yaşayan azərbaycanlıların ona verəcəyi səslərdən asılıdır.

Xəbər lenti

Xəbər lenti