...

Azərbaycan müğənnisi Röya Ayxan, türk divası Ajda Pekkanla konsert verəcək

Cəmiyyət Materials 11 Oktyabr 2007 17:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 oktyabr/müx. TrendLife Şahin Cavadsoy/

Röya Ayxan yenidən Türkiyəyə yola düşür. Bu haqda məlumatı TendLife-a müğənninin özü dedi: "Hamı bilir ki, tez-tez Türkiyəyə gedib-gəlirəm. Bunun əsas səbəbi isə, söz verdiyim kimi, yaradıcılığımı orada davam etdirməyimdir. Bəzi ağzıgöyçəklər inanmırdı ki, Röya özünü Türkiyədə təsdiq edə biləcək. Amma görəcəyim işlərlə sübut edəcəm ki, mən Röyayam".

Müğənni, oktyabrın 15-də həmin ölkədə verəcəyi konsertindən də qısaca danışdı: "Oktyabrın 16-da Bakıya qayıdandan sonra bəlkə, mətbuat konfransı da keçirdim, konsertim barəsində. Amma eksklüziv olaraq TrendLife-a deyirəm. Türk təşkilatçıları tərəfindən belə bir təklif aldım ki, ayın 15-də tanınmış türk sənətçisi Ayda Pekkanla bir səhnəni bölüşüm. Bir daha vurğulayıram ki, əsas məlumatları qayıdandan sonra bildirəcəm. Bircə onu deyə bilərəm ki, konsertin təşkil olunmasında həmyerlilərimizin Türkiyədə qurlduğu "Pal fm" radiosunun böyük köməyi dəyəcək"."Pal fm"-də ,əsasən, mənim mahnılarımın səsləndirilməsi digər müğənnilərimizi təəccübləndirməsin. Paxıllıq yaxşı deyil. Qoy onlar da öz üzərilərində mənim qədər işləsinlər,sonra oxuduqları mahnılar ölkəmizin hüdudlarından kənarda eşidilsin"-deyib, Röya sözünü tamamladı.

Xəbər lenti

Xəbər lenti