...

Azərbaycanlı cüdoçu Elçin İsmayılov Dunya kubokunun dörddə bir finalına çıxdı

Cəmiyyət Materials 15 Oktyabr 2007 06:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Üçqat olimpiya çempionu Elçin İsmayılov ( 66 kq) H. Əliyev adına İdman və Konsert kompleksində start götürən Dunya kubokunun dörddə bir final mərhələsinə çıxıb.

Trend in verdiyi xəbərə görə, özünün ilk görüşündə azərbaycan atleti Latviyalı Denis Kozlovsa qalib gələrək, növbəti turda Rotterdamdakı Dünya superkubokunun finalçısı yunan Tariel Zintiridisdən üstün oldu. Görüşün sonuna bir az qalmış Elçin effektli fənd işlədərək vaxtından əvvəl oyunu bitirdi.

Ümumdünya Universiadasının qalibi Ramil Qasımov da çıxışlara uğurla başlayaraq qazax Ənvər Qasımova qalib gəldi.

Eyni zamanda Samir Dadaşzadə ( 60 kq) ilk görüşündə hal hazıokı Avropa çempionu rusiyalı Ruslan Kişmaxova qalib gələrək xoş sürpriz yaratmışdı.

Xəbər lenti

Xəbər lenti