...

Natəvan Həbibi bezib

Cəmiyyət Materials 15 Oktyabr 2007 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr /müx. TrendLife Günel Əhmədova/

Azərbaycanın "Evrovision" hazırlıqlarında fəal iştirak edən Natəvan Həbibi TrendLife-ın müxbiri ilə söhbətində, nəticələri səbrsizliklə gözlədiyini qeyd etdi. Müğənni onu da vurğuladı ki, bu günlərdə onun ifasında yeni mahnı lentə yazılıb. "Bezdim" adlanan kompozisiyanın sözləri və musiqisi İsmayıl Əsədovundur. N.Həbibi dedi ki, sözügedən müəllifin yazdığı "Ulduzlar" mahnısı ona uğur gətirib. Növbəti mahnının uğurlarının qığılcımını indidən hiss edən müğənni, onun ekran versiyasının da ərsəyə gətiriləcəyini istisna etmədi.

Xəbər lenti

Xəbər lenti