...

Azərbaycan yığması hərbçilər arasında Ümumdünya Oyunlarında çıxışa hazırlaşır

Cəmiyyət Materials 16 Oktyabr 2007 16:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycan yığması hərbçilər arasında növbəti Ümumdünya Oyunlarının start götürəcəyi Hindistana yola düşüb.

Dünyanın 110 ölkəsindən səkkiz minə yaxın idmançının iştirakı gözlənilən yarışın proqramına 15 idman növü daxil edilib. Burada komandamız yalnız 6 növdə - yunan-roma və sərbəst güləş, boks, cüdo, yüngül atletika və güllə atıcılığı üzrə təmsil olunacaq.

Kollektivin tərkibinə yunan-roma güləşçiləri - dördqat dünya çempionu Taleh İsrafilov və üçqat dünya çempionu Elbrus Məmmədov, cüdo üzrə iki dəfə dünya çempionu Şahin Arzumanov və digər titullu idmançılar daxildirlər.

Dörd il bundan əvvəlki Oyunlarda komanda iki gümüş və beş bürünc medal qazanıb.

Xəbər lenti

Xəbər lenti