...

UEFA rəhbəri: Azərbaycan və Ermənistan yığmalarının Avropa 2008-in bir seçmə qrupuna düşməsi bizim səhvimiz (video)

Cəmiyyət Materials 17 Oktyabr 2007 13:28 (UTC +04:00)
UEFA rəhbəri: Azərbaycan və Ermənistan yığmalarının Avropa 2008-in bir seçmə qrupuna düşməsi bizim səhvimiz (video)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycan və Ermənistan yığmalarının Avropa 2008-in bir seçmə qrupuna düşməsi bizim səhvimiz. Bu barədə çərşənbə günü Bakıda keçirilən mətbuat konfransında UEFA rəhbəri Mişel Platini bildirib.

O qeyd edib ki, iki konmanda arasında oyunla əlaqədar məsələ detalları ilə təhlil olundu, bundan sonra UEFA bu kvalifikasiya oyunlarının keçirilməməsini qərara aldı.

"Biz vəziyyətdən xəbərdarıq və çalışırıq ki, bundan sonra 2010-cu ilin seçmə qrup mərhələsində Azərbaycan və Ermənistan bir yerə düşməsin" - deyə Platini bildirib.

Öz növbəsində FİFA başçısı Yozef Blatter qeyd edib ki, idman siyasətdən uzaq olmalıdır. "Hazırda Əfqanıstana Olimpiyadada çıxış üçün yer verilməsi fikri mövcuddur. Digər misal kimi, bu yaxınlarda İraq yığmasının Asiya kubokunda qələbəsini göstərmək olar. İdman, xüsusilə futbol insanları birləşdirsməlidir" - deyə Blatter əlavə edib.

Xəbər lenti

Xəbər lenti