...

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev: "Bizim "Eurovision" müsabiqəsində işirak etməyə lazımi qədər gücümüz çatar"

Cəmiyyət Materials 18 Oktyabr 2007 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr /müx. TrendLife Eldar Hüseynzadə/

Bağlı qapı arxasında olsa da, "Eurovision" müsabiqəsi müzakirə olunur. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev TrendLife-a bunları söylədi: "Mən əvvəlcədən bir şey söyləmək istəmirəm. Bircə onu deyə bilərəm ki, bizim sözü gedən müsabiqədə iştirak etməyə gücümüz çatar. Tezliklə həmin müsabiqəyə kimin gedəcəyi məlum olacaq. Bu qərar dövlət və ictimai orqanlarının iclasından sonra qəbul ediləcək. Sadəcə, biz düzgün seçim etməyilik. Bu isə ən önəmlisidir. Çoxları soruşur ki, biz orda qalib olacağıq ya yox?. Mən isə, öz növbəmdə, idman terminində cavab verirəm:-əsas- iştirak etməkdir.

Xəbər lenti

Xəbər lenti