...

Azərbaycan cüdoçusu: " Gələn il lisenziya qazanmaq asan olacaq"

Cəmiyyət Materials 24 Oktyabr 2007 20:37 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir Z.Səfərov/ "Gələn il mənim üçün Olimpiya lisenziyası qazanmaq tapşırığı yüngülləşəcək". Bunu Trend ə Azərbaycan cüdoçusu Kifayət Qasımova (57) ,Pekinə səfər imkanını şərh edərkən bildirib.

İdmançının fikrincə, Braziliyada Dünya Çempionatında iştirakla bağlı fasilədən sonra, yarışlarda özlərinə Olimpiya lisenziyası qazanmış ispan İzabel Fernandes və Macarıstan idmançısı Bernadet Bajko yenidən iştirak edcəcəklər. "Təbii ki, gələn il onlar Dünya Kuboku və Avropa çempionatında, sadəcə, iştirak etməyəcəklər, öz xal ehtiyatlarını artırmaq üçün daha yüksək yerlərə iddia edəcəklər. Beləliklə, onların uğurlu çıxışı hesabına, mən də qalib gələ bilərəm",-deyə Kifayət hesab edir.

Bu mövsümü Qasımova Minskdə Dünya Kubokunda səmərəli qələbə ilə başa vurub.

Xəbər lenti

Xəbər lenti