...

Vüqar Həşimov Barselonada keçirilən şahmat üzrə turniri üçüncü yerədə başa vurub

Cəmiyyət Materials 27 Oktyabr 2007 10:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir B.Məmmədov/ Barselonada (İspaniya) keçirilən 15-ci kateqoriyalı şahmat turniri başa çatıb. Trend in verdiyi məlumata görə, sonuncu turda qara fiqurlarla oynayan Vüqar Həşimov polşalı Mixal Krasenkovla heç-heçəyə razılaşıb. Bundan sonra onun üçüncü yerdən yuxarı qalxa bilməyəcəyi aydınlaşıb.

Vüqar Həşimov və sloveniyalı şahmatçı Aleksandr Belyavski 5,5 xal toplayıblar. Lakin azərbaycanlı qrossmeyster yüksək reytinqə malik olduğuna görə, rəqibini qabaqlayıb. Şahmatçımız üçüncü yerə görə, verilən mükafatdan əlavə 900 avro qazanıb.

Turnir ABŞ-dan olan Xikaru Nakamuranın (7 xal) qələbəsi ilə yekunlaşıb. Yarışda ikinci yeri kubalı Leyner Peres Dominqes (6 qal) tutub.

Xəbər lenti

Xəbər lenti