...

"AzərReyl" Çempionlar liqasında çıxışına "Zareç"ə qarşı olyunla başlayacaq

Cəmiyyət Materials 27 Oktyabr 2007 13:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Qadınlardan ibarət "AzerReyl" voleybol klubu Çempionlar liqasının qrup mərhələsindəki çıxışına noyabrın 28-də Odintcov "Zareç"inə qarşı səfər oyunu ilə başlayacaq.

Elan olunan təqvimə müvafiq olaraq, Faiq Qarayevin yetirmələri turnirin ilk oyununu qrupun favoritlərindən hesab olunan rusiyalı voleybolçulara qarşı keçirəcəklər. Bir həftə sonra (dekabrın 5-də) dəmiryolçular öz meydançalarında "Fənərbaxça"nı, dekabrın 11-də isə, ötən mövsüm qalib gəldikləri Polşanın "Kaliçiya" klubunu qəbul edəcəklər.

"AzerReyl" Liqada çıxışa, Kseniya Kovalenko, Oksana Məmmədyarovanın qayıdışı və Nataliya Məmmədovanın İsveçrə "Valero"suna keçidini nəzərə alsaq, zəif heyətlə başlayacaq.

Xəbər lenti

Xəbər lenti