...

Otüstü xokkey üzrə qadınlardan ibarət Azərbaycan yığması Uzaq Şərqdə toplanış keçirəcək

Cəmiyyət Materials 29 Oktyabr 2007 15:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , B.Məmmədov/ Dekabrın sonunda otüstü xokkey üzrə qadınlardan ibarət Azərbaycan yığması Çində təlim - məşq toplanışı keçirməyi planlaşdırır.

Otüstü Xokkey Federasiyasının mətbuat katibi Yaqub Nuriyevin Trend ə verdiyi məlumata görə, hazırlıq mərhələsində komanda yerli klublarla bir neçə yoxlama oyunu keçirə bilər.

Dekabrın son ongünlüyündə ölkə yığması Hindistanda keçiriləcək turnirdə iştirak edəcək. Azərbaycan xokkeyçilərinin rəqibləri, ev sahblərindən başqa, Malaziya və İtaliya yığmaları olacaq.

Xəbər lenti

Xəbər lenti