...

Təhsil komissiyasının sədri: "Orta və ali məktəblərdə baş örtükləri qadağan olunmalıdır"

Cəmiyyət Materials 30 Oktyabr 2007 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Orta və ali məktəblərdə baş örtükləri qadağan olunmalıdır. Bu barədə çərşənbə axşamı jurnalistlərə açıqlamasında Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri, deputat Şəmsəddin Hacıyev məlumat verib.

"Müsəlmanlar buna hicib və çarşab deyirlər. Digər dünyəvi dinlərin də geyim qaydaları var. İndi bunların hamısını orta və ali məktələbələr gətirək? Təhsil müəssisələrində dini geyimlərdən istifadə olunmasına yol verilməməlidir", -deyə Hacıyev əlavə edib.

Son bir necə ayda Azərbaycanın təhsil müəssələrində baş örtüyü ilə bağlı problemlər yaranıb. Bakı, Sumqayıt və Zaqatalada başı örtüklü tələbələr dərsə buraxılmayıblar.

Parlamentin komissiya sədri bildirib ki, təhsil müəssisələrinin daxili Nizamnaməsinə uyğun olaraq, daxili nizam-intizam qaydaları və geyim forması olmalıdır: "Bütün müəllimlər və tələbələr buna birmənalı əməl etməlidirlər".

Onun sözlərinə görə, "Təhsil haqqında" yeni qanun layihəsində bu məsələlərlə bağlı müddəalar da yer alıb: "Təhsil müəssələrində dini qurumların hər hansı strukturunun yaradılması qadağan olunur. Belə faktlar yoxdur. Amma ehtimal oluna bilər. Ona görə də qanun layihəsində qeyd olunub ki, təhsil müəssisələrində dini fəaliyyətlə məşğul olmaq qadağandır".

Hacıyev Azərbaycanda fəaliyyət göstərən Türkiyə məktəblərində dini təbliğatın aparılması haqda məlumatları təkzib edib.

Xəbər lenti

Xəbər lenti