...

Zaur Baxşəliyev : " Televiziya aparıcılarının toyda tamadalıq etməsinə çox pis baxıram ."

Cəmiyyət Materials 30 Oktyabr 2007 21:39 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. "TrendLife" F. Məhərrəmqızı/ ATV-də yayımlanan bəzi şou-proqramların aparıcısı kimi kifayət qədər populyarlaşan Zaur Baxşəliyev "TrendLife"a növbəti müsahibəsində yaxın zamanlarda tamaşaçılara sürpriz vəd edir.

- Zaur AtV-də işlərin necə gedir ?

- ATV-də işlərim yağ kimi gedir . Bu kanal mənə o qədər doğmadır ki , yaxınlarımın , əmimin , dayımın mənə etmədiyini o edib .

- Mətbuatda şou-proqramların aparıcılarının qazancı ilə bağlı məlumat dərc olunanda həmin sırada sənin də adın vardı . Orada bildirilirdi ki , Zaur Başəliyev bir neçə verilişdəki aparıcılığına görə , ayda 5000 AZN alır .

- Bir dəfə həmkarlarımdan biri hansısa agentlik üçün məlumat toplayırdı . Sorğu aparıcıların toylara neçəyə getməsilə bağlı idi. Növbə mənə çatanda dedim ki , 5000 AZN-ə gedirəm . Təssəvvür edin ki , o məlumat dərc olunan kimi mənə toy aparmaq təklifi gəldi . Razılaşdım . Amma özümə söz verdim ki , bu , birinci və axırıncı olsun . Həmin toy ziyalı toyu olsa da məclisin sonunda orada iştirak edən insanların qalstuku göydə uçurdu . Az qalırdım mikrofonu qoyum çıxım gedim .

Televiziya aparıcılarının toyda tamadalıq etməsinə çox pis baxıram . Televiziya sahəsində geniş auditoriya qazanmaq istəyən aparıcı üçün toylarda tamadalıq etmək onun karyerasına mənfi təsir göstərə bilər .

-" Yağ kimi "- nin növbət buraxılışı Moskvada çəkilib . Verlişin Azərbaycan məkanından kənara çıxması kimin ideyasıdır ?

- İdeyanı müğənni Xəyyam irəli sürüb . Tolik mənə zəng edib dedi ki , Xəyyam verilişə Moskvada çəkilmək istəyir . Əvvəlcə təklifi ciddi qəbul etmədim . Amma sonra razılaşdım . Çəkiliş vaxtı çox çətinliklərlə üzləşdik . Orada kamera ilə şəhərdə gəzməyə imkan vermirdilər . Kamera ilə gəzmək üçün gərək icazən olsun . Beləcə çəklişləri bir təhər başa vurduq . Məncə , pis alınmadı .

-Şou-biznes aləminin izləyiciləri arasında " Yağ kimi " verilişinin bağlanacağı barədə məlumatlar yayılıb . Bu barədə nə deyə bilərsən ?

- Yox . Əksinə " Yağ kimi " inkişaf edir . Bu yaxınlarda veriliş tamaşaçılar önünə yeni bir formatda çıxacaq .

- Sualların çoxunun " Yağ kimi " ilə bağlı olması təsadüfi deyil . Çünki bu verliş geniş tamaşaçı auditoriyası qazanıb . Deyilənlərə görə Rəqsanənin bacısını həmin verlişdə görən insan alveri qurbanı olan qadın onu tanıyaraq hüquq mühafizə orqanlarına şikayət edib . Buna görə başın ağrımadı ki ?

-" Yağ kimi " verlişində Rəqsanənin bacısı bir o qədər də görünməyib . Bizim verilişdən sonra onu başqa kanal göstərmişdi . Bu hadisəyə görə məhz həmin verilişin adı çox hallanırdı . Özümə gəldikdə isə bu olayla bağlı mənə heç kim heç nə deməyib .

- Bu yaxınlarda " Bozbaş picture "- nin uşaqları " Yağ kimi " verilişinə sataşdılar . Eşitdiyimə görə bu səni qəzəbləndirib . Hətta İlkin Həsəni ilə aranızda mübahisə də düşüb .

- Xeyr , aramızda heç bir söz-söhbət olmayıb . Hər şey qaydasındadır .

" TrendLife "a belə bir sirr açım . Bu yaxınlarda möhtəşəm bir partlayış edəcəyəm . Partlayışın nə olduğunu isə əvvəlcədən söyləməyəcəm . Bircə onu deyə bilərəm ki , layihə həyata keçər-keçməz ilk olaraq " TrendLife " xəbər tutacaq . Gözləyin !

- Bəzən qəzetlərdə , İnternet forumlarda , aparıcıları bayağı ifadələri çox işlətməkdə , şit hərəkətlərə yol verməkdə ittiham edirlər . Belə aparıcıların arasında sənin də adın hallandırılır . Onlara cavabın nədir ?

- Bilirəm çoxları deyir ki , Zaur çox şitlik edir . " Yağ kimi " verilişi efirdə olanda bəziləri əsəbiləşir , bəziləri istəyir ekranı sındırsın . Amma verlişin formatı budur . Məndə sünilik yoxdur . İnternet forumları özüm də izləyirəm . Ora daxil olan insanlara və onların müzakirələrinə hörmətlə yanaşıram . Bəzən yeri gələndə , iradlardan nəticə çıxartmağa çalışıram .

- Sazda gözəl ifa edirsən . Bundan başqa hansı musiqi alətlərində çalmağı bacarırsan ?

- Klavişli alətlərin hamısında ifa etməyi bacarıram . Lakin ən yaxşı ifa etdiyim alət sazdır . Beş yaşından saz çalıram . Babam Aşıq Nəcəf Aşıq Ələsgərin şagirdi olub . Evdə anamdan başqa hamımız sazda ifa edirik . Ümumiyyətlə bizim nəsildə sazda ifa edə bilməyənə yuxarıdan aşağı baxırlar .

Xəbər lenti

Xəbər lenti