...

Lənkəranda tank əleyhinə 4 partladılmamış mina aşkarlanıb

Cəmiyyət Materials 31 Oktyabr 2007 13:22 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend , müxbir P.Əliyeva/ Paytaxt Bakıdan 290 kilometr cənubda yerləşən Lənkəran rayonu ərazisində tank əleyhinə 4 partladılmamış mina aşkarlanıb. Trend in bölgə müxbirinin məlumatına görə, çərşənbə günü günorta saatlarında rayonun "Ləvəngi" deyilən ərazisində TM 62-M markalı mina aşkarlanıb. Mina aşkarlanan ərazinin ətrafındakı binaların sakinləri evakuasiya edilib.

Daxili Qoşunların N saylı hərbi hissəsinin mühəndis-istehkam qrupu tərəfindən minalar partladılaraq zərərsizləşdirilib.

Xəbər lenti

Xəbər lenti