...

Tbilisidə Cənubi Qafqaz tələbələrinin sənədli filmlərinin festivalı keçiriləcək

Cəmiyyət Materials 31 Oktyabr 2007 14:13 (UTC +04:00)

Gürcüstan, Tbilisi / Trend müxbir N.Kirtsxalia/ Oktyabrın 31-də Tbilisinin "Rustaveli" kinoteatrında "Yol ayrıcında" sənədi filmlərinin festivalı keçiriləcək, festivalda Gürcüstan, Azərbaycan və Ermənisandan olan tələbələrin çəkdikləri filmlər nümayiş olunacaq.

Festival filmlərinin nümayişinə Tbilisi vaxtilə 14:00-da başlanacaq, günün birinci yarısında isə "İnternyus"un Tbilisi fondunun ofisində festival iştirakçıları üçün master-klas təşkil olunacaq. Festivalın keçirilməsi ilə Cənubi Qafqaz ölkələrinin "İnternyus", "İnternyus Azərbaycan" və "İnternyus Ermənistan" fondları tərəfindən həyata keçirilən regional mətbuat layihəsi sona çatacaq. Layihəyə maliyyə dəstəyi "Avrasiya" fondu tərəfindən göstərilib.

Festival proqramına 21 film daxildir. Qaliblər yeddi nominasiya üzrə müəyyən olunacaq. Festivalın ən yaxşı filmi Qran-pri mükafatına layiq görüləcək, digər iştirakçılar üçün mükafat və diplomalar təsis olunacaq.

Yeddi dəqiqəlik filmlər Gürcüstan, Azərbaycan və Ermənistanın gənc müəllifləri tərəfindən çəkilib. Filmin yaradalması posesində mövzunun seçilməsindən son montaj işlərinə qədər tələbələr "İnternyus"un əməkdaşları, produser, operator və rejissorlarların məsləhətlərindən bəhrələniblər.

Xəbər lenti

Xəbər lenti