...

"Bu şəhərdə"nin yeddi yaşı tamam oldu

Cəmiyyət Materials 2 Noyabr 2007 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 noyabr /müx. TrendLife Eldar Hüseynzadə/ Dünən "Bu şəhərdə"nin uşaqları Coşğun Rəhimov, Rafael İsgəndərov və Müşfiq Abbasov özlərinin yeddi yaşını qeyd etdilər. TrendLife-ın verdiyi məlumata görə, konsertin ilk günü Opera və Balet Teatrının səhnəsində keçib. Onu qeyd edək ki, "Bu şəhərdə" ayrı-ayrı səhnələrdə, yəni Şəhriyar adına Mədəniyyət Evində özlərinin ilk konsert proqramı ilə çıxış ediblər. Bu konsertdən sonra onlar Heydər Əliyev adına Sarayda konsert verməyə qərar veriblər. İldən-ilə konsertlərin sayı artdıqca, onların uğurları da daha zirvələrə yüksəlib. Bu dəfə isə onlar tamaşaçıları Opera və Balet Teatrının səhnəsində göstərdikləri tamaşalarla sevindirdilər. Zal həmişəki kimi, tamaşaçı ilə dolu idi. Zalda oturacaqlardan savayı əlavə stullar da qoyulmuşdu ki, bu da gediş-gəlişə mane olurdu. Rafael və Coşğuna gəldikdə isə onlar tamaşaçıları çıxışları ilə adətən üç və ya üç saat yarım əyləndirdikləri halda, bu dəfəki proqramları iki saat yarım olub. Bəlkə də belə daha yaxşıdır. Belə ki, göstərilən nömrələr dəqiq, fasiləsiz davam edib. Onu da qeyd edək ki, keçən illə müqayisədə bu il tamaşalara müğənnilərdən yalnız Elza Seyidcahan dəvət olunmuşdu. Konsertdə 2 saylı Suraxanı uşaq evinin uşaqları da iştirak edirdilər. Onlar da tamaşaçıları bir neçə rəqs nömrələri ilə sevindirdilər. Müğənni Röya və Samir Cavadov isə aparıcı qismində çıxış edirdilər. Qısası, onların builki konsertləri keçən illərdəki konsertləri ilə müqayisədə bir qədər zəif təsir bağışladı.

Xəbər lenti

Xəbər lenti