Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycan şamatçısı Fərid Abbasov Sutronda (Fransa) keçirilən ənənəvi beynəlxalq turnirin qalibi oldu.
Trend -in verdiyi məlumata görə, son turda idmançımız qara fiqurlarla rəqibi Sebastyan Bonyeyə qalib gəlib və yarışmanın lideri olub. Oyunun nəticələrinə görə, o, 7 xal yığıb. Bu göstəricilərlə rusiyalı Vladimir Potkin, ukraynalı Vitali Kozak və ABŞ təmsilçisi Devid Pryuss da çıxış ediblər. Lakin daha yaxşı əlavə əmsallar məhz Fəriddə olub və o, qələbəni təmin edib. Digər Azərbaycan idmançısı Rəşid Babayev qalibdən cəmi 0.5 xal geridə qalıb.
İsveçrə sistemi ilə, doqquz tur keçirilən yarışmada 186 şahmatçı iştirak edib.