...

Azərbaycan Demokratik Respublikası barədə sənədli film çəkilir

Cəmiyyət Materials 8 Noyabr 2007 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 noyabr /müx. TrendLife Eldar Hüseynzadə/

Rejissor Rövşən İsmayılovun TrendLife-a verdiyi məlumata görə, o, hazırda sənədli-tarixi film üzərində işləyir. Çəkilişlərinə start verilən film Azərbaycan Demokratik Respublikasına həsr edilir. Filmdə, əsasən, Sovet ordusunun Bakıya necə daxil olmasından danışılır. Filmin ssenari müəllifi Arzu Qazıyevadır. Onu da qeyd edək ki, çəklişlər Lider TV-nin studiyasında aparılır.

Xəbər lenti

Xəbər lenti