...

Strasburqda Azərbaycan gecəsi keçiriləcək

Cəmiyyət Materials 9 Noyabr 2007 12:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Mərkəzi Brüsseldə yerləşən Azərbaycanlı Tələbələrin Avropa Forumunun (ATAF) Strasburq şöbəsi bu gün bu şəhərdə Azərbaycan gecəsi təşkil edəcək. Bu barədə cümə günü Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Fransanın "Stras-Europe" təşkilatıyla birgə hazırlanan gecədə Azərbaycanla bağlı təbliğati lövhə qurulacaq, Azərbaycan mahnıları səsləndiriləcək. Tədbirin əsas məqsədi fransızlara Azərbaycan mədəniyyətini tanıtmaqla yanaşı, Strasburqa yeni gələn azərbaycanlı tələbələrlə yaxından tanış olmaq, Fransanın başqa şəhərlərində yaşayan azərbaycanlılarla sıx əlaqə yaratmaq və Fransadakı azərbaycanlılar arasında koordinasiya işinin səviyyəsini yüksəltməkdir.

Tədbir barədə məlumat verən ATAF-ın Strasburq üzrə koordinatoru Elnur Məcidli bildirib ki, gecəyə Fransanın Paris, Mulhouse, Metz və başqa şəhərlərindən qonaqlar, fransız assosiasiyalarının nümayəndələri, həmçinin Azərbaycanın Avropa Şurası yanındakı nümayəndəliyinin rəsmiləri dəvət olunub.

Xəbər lenti

Xəbər lenti