...

Azərbaycan hakimiyyəti dini sabitliyi pozmağa cəhd göstərən daxili və xarici qüvvələr üzərində nəzarəti gücləndirəcək (video)

Cəmiyyət Materials 9 Noyabr 2007 14:06 (UTC +04:00)
Azərbaycan hakimiyyəti dini sabitliyi pozmağa cəhd göstərən daxili və xarici qüvvələr üzərində nəzarəti gücləndirəcək (video)

Azərbaycan, Bakı / Trend / Təəssüflər olsun ki, bu gün Azərbaycanda bəzi daxili və xarici dini və digər strukturlar əhalini dini qarşıdurmaya cəlb etmək istəyirlər. Bu barədə cümə günü jurnalistlərə Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Onun sözlərinə görə, bu gün insanların həyat tərzinə təsir göstərməyə və onların inamından sui-istifadə etməyə cəhd göstərən bu cür cərəyan və strukturların fəaliyyəti genişlənir. "Biz radikal, dini cərəyanların Azərbaycan cəmiyyətinin parçalanmasına yönələn cəhdlərinə göz yuma bilmərik" - deyə Həsənov söyləyib.

Onun sözlərinə görə, dünyəvi dövlətdə dini tolerantlığın olması müxtəlif siyasi və ictimai təşkilatların əhalinin dini inamından istifadə edərək onları aksiyalara cəlb etməsi demək deyil.

Həsənov həmçinin qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər dövlət qurumları ölkədə bugünkü dini vəziyyətlə bağlı tədbirlər həyata keçirir. "Biz heç kimə öz siyasi, iqtisadi və digər məqsədləri üçün vətəndaşların dini inamından sui-istifadə etməyə imkan verməyəcəyik" - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti